adminBOT kiçik və orta çətinlikdə olan administrativ tapşırıqları həll etmək üçün istifadə oluna bilər. İstifadə olunan Telegram API-si pyTelegramBotAPI.
- Python 3.6 - sadə olduğu qədər güclü programlaşdırma dili.
- pyTelegramBotAPI - sadə amma çevik python üzərində yazışmış Telegram APİ-si.
- psutil - sistem monitorinqi və sistem resurslarından istifadə üçün istifadə olunan kitabxana.
- Batch.
- Python daxilində olan os modulu əməliyyat sistemi funksiyalarının istifadəsi üçün nəzərdə tutulmuş modul.
- Python daxilində olan glob modulu unix tipli qısayol modulu.
- SQLite modulu. Məlumat bazası kimi çıxış edir.
- Şifrələr və mesajlardan "hash"yaradılması üçün istifadə olunan hashlib modulu.
- arxivləşdirmə
- qovuğ rezerv nüsxələrin çıxarılması
- məlumat bazası rezerv nüsxələrin çıxarılması
- sistem haqqında məlumatın alınması
- servislərin "restart"-ı
- Log faylların çat üzərindən göndərilməsi
- xüsusi "əmr modu" əmrləri bilavasitə mesajdan icra edir.
- artırılmış təhlükəsizlik - şifrlərin məlumat bazasında md5 (salt) vəziyyətində saxlanılması.
- əlavə olunmuş məlumat bazası- istifadəçi faylların və məlumatların çevik və yüngül SQLite məlumat bazasında saxlanılması.
- əmr əsasında təhlükəsizlik funksiyaları və mütərəqqi autentifikasiya & avtorizasiya alqoritmləri - hər bir verilmiş əmr avtorizasiya mexanizmından keçir. Hər bir istifadəçi üçün 30-dəqiqəlik sessiya yaradılması Sizi kənar şəxslərin əməllərinən qoruyur.
- SQL Sorğuların əmr üzrə icrası
- "Webhook" istifadə olunması
- SQL Server Reporting Services integrasiyası (hesabatların icrası və çat üzərindən alınması)
- SQL Server Integration Services integration (tapşırıqların icrası)
Mövcud faylların və qovluqların açığlaması aşağıdaki kimidir:
Əsas qovluq:
- adminBOT.py - əsas bot faylı.
- config.py - sazlamaların saxlandığı fayl.
- adminBOT.db - bot üçün SQLite məlumat bazası.
- audit_functions.py - şifrə əsasında əsasında təhlükəsizlik funksiyaları və autentifikasiya & avtorizasiya mexanizmləri.
BATs qovluğu
- folderbackup.bat - qovluqlardan faylların yaşına uyğun yerdəyişməsi.
- mysql_backup.bat - MySQL Məlumat Bazalarından sürət çıxarma üçün batch fayl.
- restart_oo.bat - serverdə servisin restartı üçün batch fayl.
Lahiyədə iştirak edib tövhə vermək istəyirsən? Əla! Bunun üçün Fork edib lahiyəni öz hesabınıza keçirib tövhələrinizi əlavə edib Pull sorğuların edə bilərsiniz.
Əlavələr:
- Müəllif istənilən həcmdə tövhəni dəyərləndirir.
- Təklif və iradları səhifə sonunda qeyd olumuş elektron ünvana və ya Issues -ə əlavə ilə qeyd edə bilərsiniz.
Lahiyə MIT lisenziyası ilə yayımlanır.
Bu deməkdir ki:
- Kommersiya məqsədi ilə istifadə etmək icazəniz var
- Dəyişmək icazəniz var
- Yenidən bölüşmək icazəniz var
- Şəxsi məqsədlərdə istifadəyə icazəniz var
- Müəllif heç bir zəmanət vermir
- Müəllif heç bir məhsuliyyət daşımır
- İstifadə olunan zaman istifadə olunan lisenziya və müəllif hüquqları qeyd olunmalıdır!
Müəllif ilə əlaqə [email protected] elektron ünvan üzərindən aparıla bilər. Əlavə olaraq sosial şəbəkə və digər saytlara linklər əlavə olunur.